Fəhlə işlədiyi binadan yıxılaraq ölüb

Sumqayıtda fəhlə işlədiyi binadan yıxılaraq ölüb.
Hadisə şəhərin Dənizkənarı bulvar ərazisində inşa edilən yeni yaşayış kompleksində baş verib.
Adı hələlik açıqlanmayan fəhlənin yuxarı mərtəbədən yıxıldığı bildirilir. Hazırda həmin şəxsin kimliyi müəyyənləşdirilir.