Rektor-deputat arasında vasitəçi olan qadın danışdı (VİDEO)

Dünən axşam ilk olaraq “Azadlıq” qəzetinin saytında yerləşdirilən, daha sonra əksər xəbər portallarında və sosial şəbəkələrdə tirajlanan məlum rüşvət videosu ölkə gündəmini zəbt edib. Xatırladaq ki, video ABU-nun sabiq rektoru Elşad Abdullayevlə deputat Gülər Əhmədova və Sabir adına kitabxananın direktoru Sevinc Babayeva arasında birincinin deputat seçilməsi üçün maliyyə sövdələşməsini ehtiva edir.
Bu gün isə videodakı Sevinc Babayevanın sabiq rektora qarşı videomüraciəti yayılıb. Deputat Gülər Əhmədovanın köməkçisi Əhməd Şahidovun “Youtube” portalındakı səhifəsində yerləşdirilən həmin video müraciəti təqdim edirik: