Cəbhə xəttində erməni əsgər öldürülüb

Cəbhə xəttində Ermənistan Ordusunun bir hərbçisi öldürülüb.
Bu barədə Ermənistan KİV-i məlumat verib. Hadisə dünən baş verib. Səhər saatlarında cəbhə xəttində baş vermiş atışma zamanı 1993-cü il təvəllüdlü Vaqinak Baqdasaryan Azərbaycan snayperlərinin açdığı atəş nəticəsində ölüb.
Qeyd edək ki, ilin əvvəlindən indiyədək cəbhə xəttində təxribatlar törətməyə cəhd edən Ermənistan ordusunun 40-a yaxın əsgəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. Həmçinin 30-a yaxın əsgər açılan atəş və mina partlayışlarından yaralanıb (ann.az).