Berti Foqts siyahıda Qvardiolla, Van Basten, Fatih Terim kimi məşqçiləri qabaqlayıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) son 15 ilin ən yaxşı məşqçilərinin siyahısını açıqlayıb. 1996-2010-cu illəri əhatə edən siyahıya “Mançester Yunayted”in şotlandiyalı baş məşqçisi Ser Aleks Ferqyüson başçılıq edir. Ferqyüson bu siyahıda 222 xalla birinci pillədə qərarlaşdığı halda, “Arsenal”ın fransız çalışdırıcısı Arsen Venger 186 xalla 2-ci, italiyalı Marçello Lippi isə 146 xalla 3-cü olub.
Ümumilikdə 225 mütəxəssis yer aldığı siyahıda Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts da var. Alman mütəxəssis bu siyahıda 43 xalla 36-cı pillədə qərarlaşıb. Foqts siyahıda Pep Qvardiolla, Van Basten, Bert Van Marveyk, Marten Olsen və Fatih Terim kimi məşqçiləri qabaqlamağa nail olub.
Ən yaxşı məşqçilərin ilk 20-liyi isə belədir:
1. Aleks Ferqyüson Şotlandiya 222
2. Arsen Venger Fransa 186
3. Marçello Lippi Italiya 146
4. Quus Hiddink Hollandiya 141
5. Joze Mourinyo Portuqaliya 135
6. Ottmar Hitsfeld Almaniya 134
7. Luis Felipe Skolari Braziliya 133
8. Marselo Byelsa Argentina 127
9. Sven-Qoran Eriksson Isveç 126
10. Fabio Kapello Italiya 120
11. Karlo Ançelotti Italiya 112
12. Frank Raykaard Hollandiya 104
13. Visente del Boske Ispaniya 103
14. Rafael Benites Ispaniya 97
15. Karel Brükner Çexiya 76
16. Karlos Byanki Argentina 75
17. Covanni Trapattoni Italiya 75
18. Karlos Alberto Braziliya 65
19. Ektor Kuper Argentina 63
20. Otto Rehagel Almaniya 63