FİFA U-17 qadınlararası dünya çempionatında Azərbaycan yığması yenə böyük hesabla məğlub olub.
Lənkəran şəhər mərkəzi stadionunda Nigeriya yığması ilə qarşılaşan komandamız qapısından 11 cavabsız top buraxıb.
Qolları İhezuo (5,32,37, 56, 70 dəqiqələr), Ayinde (8; 24 dəqiqələr), Byahvo (20, 74 dəqiqələr) Yakubu (22 dəqiqə) və Bokiri (68 dəqiqə) vurub.
Xatırladaq ki, Azərbaycan yığması bundaq qabaq, çempionatın başladığı gün də Kolumbiya yığmasına 0:5 hesabı ilə məğlub olmuşdu.
17 yaşlılarımız 11 cavabsız qol buraxdı
•
•