Messinin maaşı 8 milyon avro artdı

Kataloniyanın “Barselona” klubu futbolçusu Lionel Messinin məvacibini artıracaq. ANS PRESS-in məlumatına görə, L. Messiyə illik 18 milyon avro nəzərdə tutan müqavilə təklif edib.

Qeyd edək ki, argentinalı futbolçunun 2016-cı ildə bitəcək “Barselona” klubu ilə müqaviləsinə əsasən o, ildə 10,5 milyon avro alır. Yeni müqavilə isə 2 ildən dörd ilədək nəzərdə tulub və Messinin 32 yaşı tamam olanda bitəcək.

Xatırladaq ki, Lionel Messi “Barselona”da 2000-ci ildən çıxış edir. O, sponsorluq müqavilələrini də nəzərə alsaq ilə 33 milyon avro qazanır.