Bayraq dirəyinin hündürlüyü ilə fəxr etməyinə dəyərmi?

Tanınmış iqtisadçı Qubad İbadoğlu müxtəlif ölkələrdə ucaldılmış bayraq dirəklərinin hündürlüyü ilə bağlı maraqlı araşdırma aparıb və bu barədə əldə etdiyi məlumatları fb səhifəsində paylaşıb:

Dünyada 100 metrdən yuxarıda dalğalanan 11 dövlət bayrağından biri Bakıdadır. Bu siyahıda olan dövlətlərdən yalnız ikisi müsəlman dövləti sayılmır. Onlardan biri də Şimali Koreyadır. Onların bayrağı bizimkindən 2 metr gödəkdir. Bizim ki də taciklərin bayrağından 3 metr qısadır.
Sizcə fəxr etməyə dəyərmi?