31 yaşlı Xırdalan sakini özünü asaraq intihar edib

Abşeronda intihar hadisəsi baş verib. Hadisə Xırdalan şəhərində qeydə alınıb.

Şəhər sakini, 1987-ci il təvəllüdlü Kamil Yunis oğlu İsmayılov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

(apa)