Qəmbər Qurbanov kəlbəcərli tələbələrlə görüşündə «Azadlıq»a və «Yeni Müsavat»a qarşı faşist təbliğatı aparıb
Cavid Qurbanovun atası Qəmbər Qurbanov bu il ali məktəbə qəbul olunmuş kəlbəcərli gənclərlə görüş keçirib. Sentyabrın 14-nə təsadüf edən görüş “Azəryolservis”in inzibati binasındakı akt zalında keçirilib. Qəmbər Qurbanov gənclərlə görüşündə “Azadlıq” və “Yeni Müsavat” qəzetinin qarasınca deyinib. O, jurnalistika fakültəsinə daxil olmuş gənclərə bu iki qəzetdə çalışmamağı tövsiyyə edib. Görüşdə iştirak edən tələblərdən birinin sözlərinə görə, Qəmbər Qurbanov sonda gənclərin hər birinə 100 manat pul verib.
Qəmbər Qurbanovun kəlbəcərli tələbələrlə, özü də “Azəryolservis”in binasında hansı statusuna görə görüş keçirməsi bəlli deyil. Bu adam Kəlbəcərin icra başçısı deyil, oğlu kimi cibində mandat daşımır, biznesmen, xeyriyyəçi kimi da çıxarmayıb, təqaüdçüdür. Lap deyək ki, Qəmbər Qurbanov oğlunun büdcədən oğurladığı pullar hesabına xeyriyyəçilik etmək niyyətinə düşüb və bu məqsədlə tələbələrlə görüş keçirib. Bunun üçün o, dövlət qurumu olan “Azəryolservis”in binasından hansı əsasla istifadə edir? Məgər “Azəryolservis” Cavid Qurbanova məxsus klub, şadlıq sarayı, yaxud restorandır?
Qəmbər Qurbanovun tələbələrə verdiyi “tövsiyyəyə” gəlincə, onun diqqətinə çatdırmaq istəyirik ki, bu ahıl yaşında gəncləri zəhərləməklə məşğul olmasa daha yaxşıdır.