Fransada yəhudi baş geyimi qadağan oluna bilər

Marin Le Pen ictimai yerlərdə kipdə gəzməyin əleyhinə çıxıb

Fransanın sağ təmayüllü siyasətçisi Marin Le Pen yəhudi baş geyimlərinin (kiplərin) də müsəlman hicabları kimi qadağan edilməsinə dair çağırış edib. Onun sözlərinə görə, hicab qadağan edilibsə, ictimai yerlərdə kipdə də gəzmək qadağan edilməlidir. “Le Monde” qəzetinə müsahibə verən Marin Le Pen partiyasının mühacirlər və islam əleyhinə yönəlmiş fikirlər səsləndirib.

Fransanın təhsil naziri Vinsent Peyon sağçı siyasətçinin açıqlamalarına mübaribət bildirərəkən deyib ki, Le Pen öz çıxışları ilə fundamentalizmi qızışdırır. Çünki onun özü fundamentalistdir. Avropa Ravvinlər Konferensiyasının prezidenti, ravvin Pinxas Qoldşmidt isə öz növbəsində bildirib ki, Le Pen bir daha özünü fransız siyasi məkanına layiq olmayan adam kimi göstərib.