Çeçenistanın Vedeno rayonunda keçirilən əməliyyat zamanı 4 yaraqlı öldürülüb. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, əməliyyat hüquq-mühafizə orqanlarına daha baha başa gəlib. Məlumata görə, əməliyyat zamanı 4 polis nəfəri öldürülüb, 11 polis isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Çeçenistan rəhbəri Ramzan Kadırov Müslim Qakayev adlı qruplaşma başçısının da öldürüldüyünü bəyan etsə də, amma bu, təsdiqini tapmayıb.