Sərkisyanın partiyası yandı

İrəvanda Ermənistan hakim Respublika Partiyasının qərargahında yanğın olub. Erməni mediasının məlumatına görə, yanğın binanın damından başlayıb. Yanğını söndürmək üçün hadisə yerinə dörd yanğınsöndürmə briqadası cəlb edilib.

Partiyanın mənzil-qərargahı İrəvanın mərkəzi küçələrindən birində yerləşir. Hadisə nəticəsində 10 кv./м ərazi yanılb. Yanğın artıq söndürüslüb. Xəsarət alanlar barədə məlumat verilmir.