AXCP polis zorakılığına sərt reaksiya verdi

 

“Nəhayət polis dinc insanlara qarşı “dəyənək” funksiyasından çıxıb, güvən yerinə çevirilməlidir”

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası son on gündə Bakıda və ölkənin başqa yerlərində dinc vətəndaşlara yönələn və insan itkisi ilə nəticələnən polis zorakılığına sərt reaksiya verib. Partiya mətbuat xidmətinin ötən gün yayadığı bəyanatda AXCP-nin baş verənləri həssaslıqla izləyinildiyi və onlardan  hiddətləndiyini bildirir.

 

Partiya polisin işgəncə və təzyiqinə dözməyib intihar edən həyatlarını, sağlamlığını itirən vətəndaşlara görə üzüntüsünü ifadə edib, bu hallara dərhal son qoyulmasını vacib sayıb: “ AXCP hesab edir ki, polisin öz səlahiyyətlərini aşıb insan hüquq və azadlıqlarına hörmətsizlik ifadə edərək vətəndaşları fiziki zora məruz qoyması, onların həyatına təhlükə yaratması, işgəncə verməsi yolverilməzdir. Nəhayət polis dinc insanlara qarşı dəyənək funksiyasından çıxıb, onların güvən yerinə çevirilməlidir”.

Bəyanatda vətəndaşlara qarşı polisin zorakılığı, özbaşına, qanunsuz və kriminal davranışları hakimiyyətin siyasi mahiyyəti əlaqələndirir. Sonda AXCP Bakıda, Gədəbəydə, Tovuzda birbaşa polisin adı keçən cinayət dolu əməllərin araşdırılmasına, günahkarların cəzalandırmağa çağırıb.