Serb azərkeşlərin “Neftçi”nin oyunçularını təhqir etməsi komandalarına baha başa gələ bilər
Azərbaycan çempionu “Neftçi” UEFA-ya şikayət edəcək. Rusiya mətbuatının xəbərinə görə, klubumuz Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Partizan”la qolsuz bərabərliklə başa çatan oyunda serbiyalı azarkeşlərin hərəkətlərindən narazı qalıb. Qeyd edək ki, görüş ərzində Belqrad təmsilçisinin fanatları komandamızın qapıçısı Saşa Stamenkoviçi təhqir ediblər.
Onların oyuna gətirdikləri plakatın üstündə “Azərbaycanda qaraçı köynəyində yaşayan uzunburun meymun banan dalınca gəlib” yazılmış cümləsi “Partizan”a baha başa gələ bilər. Yayılan xəbərlərə görə, əgər həmin irqçi şüar tək Stamenkoviçə deyil, Syerra-Leone millisinin də üzvü olan Julius Vobaya ünvanlanıbsa, onda “Partizan” meydan sahibi kimi cəzalanacaq. Bu komandaya hətta texniki məğlubiyyət də verilə bilər.