aliyev-ehmedinejad-bakida

İranla münasibətlər yenə gərginləşə bilər

aliyev-ehmedinejad-bakidaİsrailin «Debka» saytı İranda terrorda şübhəli bilinən şəxslərin Azərbaycanda hazırlandığını yazıb

Sülhəddin Əkbər: “Azərbaycanla bağlı hansısa məqam ortaya çıxsa, bu, münasibətlərə ciddi təsir edəcək”

Israilin kəşfiyyat xidməti MOSSAD-la bağlılığı ilə tanınan “Debka” saytı Azərbaycanla Iran arasında onsuz da ürəkaçan olmayan münasibətləri bir qədər də gərginləşdirə biləcək məlumat yayıb. Saytın yazdığına görə, bu ilin avqust ayının 17-də Iranın Fordo yeraltı nüvə mərkəzində törədilmiş diversiyaya görə bu ölkənin xüsusi xidmət orqanlarının həbs etdiyi üç nəfər Azərbaycanda hazırlıq keçib.
Hazırda saxlanılan şəxslərin yeraltı nüvə mərkəzinə gedən elektrik naqillərinin partladılmasındakı rolu araşdırılır. Məlumat rəsmi mənbələrdən hələlik təsdiqini tapmayıb. Bəs xəbər təsdiqlənəcəyi təqdirdə Iran Azərbaycana qarşı hansı addımları ata bilər?
Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər məlumatın dəqiqləşdirməyə ehtiyacı olduğunu bildirdi. Yalnız Iran tərəfi məlumatı təsdiqləyəndən sonra hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini ehtimal etmək olar. Lakin hər halda əgər bu məlumat təsdiqini tapsa və Fordo yeraltı nüvə mərkəzində törədilmiş diversiyaya görə saxlanılan şəxslər Azərbaycan vətəndaşları olsa, yaxud Azərbaycan ərazisində hazırlansalar, istintaqın gedişində Azərbaycanla bağlı hansısa məqam ortaya çıxsa, şübhəsiz ki, bu, iki ölkə arasında münasibətlərə ciddi təsir edəcək.

Fizzə