İnqilab dalğası Əlcəzairi də bürüdü

 

Müsəlman dünyası ayağa qalxdı; “Yasəmən inqilabı”nın növbəti ünvanı Əlcəzair ola bilər

 

Tunisdə sosial tələblərlə başlanan, sonda ölkəni 23 il idarə edən Zeyal Abidin Bin Əlinin istefası və ölkədən qaçmasıyla nəticələnən “Yasəmən inqilab”ından sonra bir neçə ərəb ölkəsində, elcədə də Avropanın bəzi ölkələrində hökumət əleyhinə start verilən kütləvi etiraz aksiyaları davam edir.

 

Əlcəzairdə hökumətin toplaşmaq hüququnun qadağan edilməsi qərarına qarşı vətəndaşların etiraz aksiyaları davam edir. Aksiyanı aytırmağa çalışan hökumət qüvvələri ilə etirazçılara arasında qarşıdurma yaranıb. Polis aksiya iştirakçıalrını rezin dəyənəklərlə döyüb. Hadisə nəticəsində 40 nəfərin yaralandığı bildirilir. Mədəniyyət və Demokratiya Birliyi müxalifət partiyası qərargahında aksiya iştirakçıları Tunis bayrağı ilə Əlcəzair bayrağını yanbayan qoyaraq partiyanın eyvanında dalğalandırıblar. Polis helikopter və avtombillərin köməyindən istifadə edərək müxalifətçilərin binasının çıxışının qarşısını kəsərək onlara binadan çıxmağa imkan verməyib.

Sabiq prezidentliyə namizəd Səid Sadi binanın eyvanından əhali qarşısında çıxış edib. Aksiya iştirakçılarından 9 nəfər saxlanılıb. Partiya lideri Atman Məzuz isə polis tərəfindən vurulan rezin dəyənək nəticəsində yaralanıb.

Əlcəzair paytaxtında nümayişçilər və polis arasında yaşanan qarşıdurmada 42 nümayişçi xəsarət alıb. Rəsmi dairələr isə 7 polis əməkdaşının yaralandığını bildirib. İşsizlik səviyyəsi və yüksək ərzaq qiymətləri səbəbilə artan narazılıq bu ay ölkədə bir neçə etiraz nümayişinin keçirilməsinə səbəb olub.

Ekspertlər Əlcəzairdə baş verən hadisələrin Tunisdə yaşanan olaylarla oxşar olduğunu bildiriblər. Onların fikrincə, Əlcəzairdə kütləvi aksiyaların davamlı olmasının sonda hakimiyyət dəyişikliyi ilə nəticələnməsi daha real görünür. Çünki bu ölkədə yaşanan hadisələr eynilə Tunisdə hakimiyyət dəyişikliyiylə nəticələnən ssenari üzrə gedir.

Yəməndə prezidentin istefası tələb olunur

“Yasəmən inqilabı” Yəməndə işsizlik və sosial ədalətsizliyə qarşı etirazı gücləndirib. Yüzlərlə nümayişçi prezident Əli Abdulla Salehi istefasını tələb ediblər. Aksiyalarının əsas qüvvəsi hesab edilən tələbələr və digər etirazçılar Səna Universitetində toplaşaraq hökumət əleyhinə şuarlar səsləndirib. Bəzi tələbələr Tunisdəki çevrilişə işarə edərək “Yasəmən inqilabından öyrənin” yazılan plakatlar qaldırıb.

“Biz sosial ədalət və Azadlıq tələb edirik”

“Biz sosial ədalət və Azadlıq tələb edirik. Dəyişikliklər olana qədər mübarizəmiz davam edəcək” bu şüarlar Tunis inqilabından rulanaraq paytaxt Əmman küçələrinə axışan iordaniyalılara aiddir. İordaniyanın həmkarlar təşkilatları və müxalifət partiyalarının tərəfdarları cümə namazından sonra paytaxtda aksiya keçiriblər.

Müxalifət partiyasının lideri Həmzə Mənsur İordaniyada iqtisadi, sosial-siyasi böhran yaşandığını söyləyib. Onun sözlərinə görə, ölkə vətəndaşları köklü dəyişikliklər tələb edir.

İordaniya hökumətinin dövlət işində çalışanların və hərbçilərin əmək haqlarının artırılması məqsədiylə 238 milyon dollar ayırması yoxsulluq şəraitində yaşayan insanların etirazının güclənməsinə səbəb olub. Etiraz aksiyasına qatılan vətəndaşlar yalnız dövlət məmurları və həbrçilərin maaşlarının artırılmasıyla razılaşmayacaqlarını bildiriblər. Onlar hökumətin istefasını tələb ediblər.

Banqladeşdə “Əczaçılar inqilabı”

Banqladeş paytaxtı Dəkkə yaxınlığındakı Siddhircan şəhərində əmək haqlarının artırılması tələbiylə aksiya keçirilib. Dərman firmasında çalışanların maaşlarına əlavələr olunmasıyla keçirilən aksiya zamanı şəhərin mərkəzi avtomobil yolu bağlanıb, hərəkət edən avtomobillərə zərər vurulub.

Xəbər agentliklərinin verdiyi məlumatlara görə, polis aksiyanı dağıtmaq üçün rezin güllələr, gözyaşardıcı qazdan istifadə edib. Aksiyaçılarla polis arasında yaranan qarşıdurmada 1 nəfərin öldüyü, təxminən 100 nəfərin isə yaralandığı bildirilir.

Müvəqqədit hökumət “Yasəmən inqilabı”nın hədəfində

“Yasəmən inqilabı”ndan sonra Tunisdə nümayişçilər ilk dəfə olaraq kommendant saatını pozublar. Onlar keçid hökumətin istefası tələbilə baş nazirin ofisi yaxınlığında düşərgə qurublar. Nümayişçilər köhnə rejimə qulluq etmiş bütün nazirlər və baş nazir Məhəmməd Qanuşi istefaya getməyincə küçələrdən yığılmayacaqlarını bildirib. Onların sözlərinə görə, aksiyalar yeni hökumət istefaya gedənədək, inqilabın davam edəcək.

Tunis bayrağına sarınmış tabut daşıyan etirazçılar müstəqillik və azadlıq şüarları səsləndirib. Onlar Tunisin simvolu hesab olunan saat qülləsinə çıxmağa çalışıblar. Etirazçılar yeni yaradılan müvəqqəti hökumətə keçmiş rejimdən olan bir neçə nazirin və hakim partiyanın nümayəndələrinin də daxil edilməsinə qarşıdır. Onlar

Baş nazir ifşa olundu

Hökumət əleyhinə etiraz aksiyalarının növbəti ünvanı Avropa ölkəsi Albaniya oldu. Paytaxt Tiranada cümə günü müxalifətin təşkil etdiyi korrupsiya və sosial problemlərə qarşı etiraz aksiyası qana bulandı. Aksiya zamanı 3 nəfərin qətlə yetirilməsi etirazçıları daha da hiddətləndirib. Ölkənin baş naziri Sali Berişa öldütülən aksiya iştirakçılarının müxalifət partiyaları üzvlərinin açdığı atəşdən dünyasını dəyişdiyini bildirib. Lakin sonradan yayılan videogörüntülür isə hökumət rəhbərinin yalanının ifşa edib. Belə ki, aksiya iştirakçılarının ölümünə yol açan atəş hökumət evindən açılıb. Kadrlarda atəş açan şəxslərin polis olduğu aydınlaşıb.

Albaniyanın müxalif Sosialist Partiyası hökumət əleyhinə etiraz aksiyalarını gücləndirəcəyinə söz verib. Tiranada təşkil edilmiş nümayişlərdən bir gün sonra ölkənin baş naziri müxalifəti dövlət çevrilişinə cəhd etməkdə ittiham edib. Sali Berişa müxalifəti “Tunis üslublu” hakimiyyət dəyişikliyinə cəhddə günahlandırıb.

Xatırladaq ki, Albaniya adambaşına 3340 dollar düşən ən kasıb Avropa ölkəsidir. Eyni zamanda da rüşvət və korrupsiya hallarının ən geniş yayıldığı ölkədir. 3.5 milyon əhalisi olan Albaniyada bahalıq və yaşayış səviyyəsinin çətinliyi başlanan etiraz aksiyalarının davamlı olacağını söyləməyə əsas verir. Nümayişçilər Xalq “dövlətdə rüşvətsiz iş yoxdur” deyərək ölkədə korrupsiyanın tuğyan etdiyini bildirir.

Turan