ATƏT seçkiqabağı vəziyyəti öyrənmək üçün Bakıya missiya göndərir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənmək üçün öz qiymətləndirmə missiyasını göndərəcək. Missiya Bakıda fevralın 21-22-də olacaq. Bu barədə DTİHB-nin məlumatında bildirilir.

Missiyanın səfərin yekunlarına dair məruzəsi iki həftə ərzində hazır olacaq.

Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-də keçiriləcək (“Turan”).