20 yaşlı gənc parkda özünü asdı

Bakıda 20 yaşlı gənc oğlan telefonun naqili ilə intihar edib.

Xətai rayon Prokurorluğundan cümə axşamı Trend-ə bildiriblər ki, dünən rayon ərazisində yerləşən Gəncə Parkında 1992-ci il təvəllüdlü Məmmədhəsən Abbasov telefonun naqili ilə özünü asıb.

Dünən ikinci intihar faktı da Xətai rayonu ərazisində qeydə alınıb.

1955-ci il təvəllüdlü Vaqif Muradov özünün yaşadığı Zığ yolu, mənzil 12 A, ev 58-də intihar edib.