Suriyalı generaldan qorxulu açıqlama

Türkiyəyə sığınan Adnan Sillu Bəşər Əsəd rejimi kimyəvi silahdan istifadə edə biləcəyini deyir

Bir zamanlar Suriyadakı kimyəvi silahlar proqramına rəhbərlik edən, sonradan Bəşər Əsəd rejiminə qarşı xalq etirazlarına dəstək verərək müxaliflərin tərəfinə keçən və Türkiyəyə sığınan general Adnan Sillu bütün dünyanın narahatlığına səbəb olacaq açıqlamalar verib. Suriyadan qaçdıqdan sonra ilk dəfə müsahibə verən general ölkədə olduğu və vəzifəsini icra etdiyi vaxt Əsəd rejiminin kimyəvi silahdan istifadə edilməsiylə bağlı bir neçə toplantı keçirdiyini deyib.

Genral Adnan Sillu kimyəvi silahların necə və harada istifadə ediləcəyi daxil olmaqla bir çox məsələlərin ciddi müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, Suriya hakimiyyəti Hələb şəhəri kimi mühüm əhəmiyyəti bölgəni itirəcəyi təqdirdə kimyəvi silahdan son çarə olaraq istifadə edəcəyini söyləyib. General toplantılar zamanı da məsələnin nəzərdən keçirildiyini və qıcğın mübahisələrə yol açdığını bildirib.

Belə toplantıların tərəf dəyişdirməsi üçün səbr kasasını daşırdığını deyən Adnan Sillu Suriya rejiminin kimyəvi silahları Livanda fəaliyyət gösrətən “Hizbullah” terror təşkilatına göndərmək fikrində olduğunu da açıqlayıb. O, bu silahların İsrailə qarşı istifadə ediləcəyini fikirlərinə əlavə edib. Suriyalı general Dəməşq və Dəra şəhərləri yaxınlığında İran İnqilabını Mühafizə Korpusunun (SEPAH) üzvlərinin qatıldığı toplantıların keçirdiyini xatırladaraq “İranlı zabitlər bizim yanımıza tez-tez gəlir və və öz məsləhətlərini verirdilər. Kimyəvi silahlardan necə və hansı şəraitdə istifadə ediləcəyinin siyasi tərəflərini daha çox düşünürdülər” deyib.

Bu arada Almaniyanın “Der Spiegel” jurnalı Bəşər Əsəd rejiminin kimyəvi silah sınaqdan keçirdiyinə dair məlumat yayıb. Jurnala danışan mənbələr sınağın Hələb şəhərinin şərqindəki Safira bölgəsindəki kimyəvi silahları araşdırma mərkəzində avqustun sonunda reallaşdırdığını bildiriblər. Diraiyham adlandırılan bölgədə 5-6 ədəd kimyəvi silah tank və təyyarələr ilə sınaqdan keçirilib. SEPAH rəsmiləri isə vertolyotla bölgəyə sınaq prosesini izləyib.