semed seyidov2

Səməd Seyidova qarşı cinayət dosyesi toplanıb

semed seyidov2Onun rektor olduğu universitetdə maliyyə fırıldaqları aşkarlanıb; iş Baş Prokurorluğa göndərilir

Hesablama Palatası Azərbaycan Dillər Universitetində maliyyə pozuntuları aşkarlayıb. Bu barədə Palatanın sentyabrın 18-də keçirilmiş kollegiya iclasında məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Dillər Universitetinin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulub.
Bunları nəzərə alaraq kollegiya universitetdə aparılmış auditin nəticələri üzrə materialları Baş Prokurorluğa göndərməyi qərara alıb.
Bundan başqa aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Dillər Universitetinə müvafiq təqdimatın və Təhsil Nazirliyinə müvafiq məlumatın göndərilməsi məsələsi də təsdiq edilib.
Dillər Universitetinin rektoru deputat Səməd Seyidovdur. Səməd Seyidov hakimiyyətdə “islahatçı” komandanın üzvü hesab edilir. Hesablama Palatasının sədri Heydər Əsədov isə fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs sayılır. Bəzi məlumatlara görə, Səməd Seyidova qarşı bu addımda “fövqəlnazir”in rolu olub. Rektorla nazir arasındakı ziddiyyətlərin təfərrüatı ilə bağlı dəqiqləşdirmələr apardığımızdan hələlik bu barədə yazmırıq.
Xatırladaq ki, 2005-ci ildə də Səməd Seyidova qarşı oxşar addım atılmışdı. O zaman da Dillər Universitetində maliyyə pozuntuları aşkarlanmış və bu təhsil ocağının münasibi həbs edilmişdi. Lakin Səməd Seyidov o zaman ölkə başçısı ilə görüşərək problemin həllinə nail olmuşdu.

Namiq