Müxaliflər Türkiyə ilə sərhəd keçid məntəqəsini ələ keçirib; qaçaq general qorxunc fakt açıqladı
Suriya paytaxtı Dəməşq yenidən müxaliflərlər hökumət qüvvələrinin əsas savaş meydanına çevrilib. Bəşər Əsədin əmrindəki əsgərlər paytaxtın bir neçə bölgəsində müxaliflərə yönəlik hücumları reallaşdırıb. Həcə əl Əsvad, Muadamiyyə, Cədidət Artuz, Kanakir, Qədəm və Əssəli bölgələrində xüsusi əməliyyatlar keçirilməsi zamanı 50-dən çox müxalif və dinc sakinin öldürüldüyü deyilir. Hökumət qüvvələri hücum zamanı qırıcı təyyarələr və tanklardan istifadə edib.
“Əl Ərəbiyyə” kanalı Suriya diktatorunun böyük bacısı Büşra Əsədin övladları ilə birlikdə ölkəni tərk etdiyi barədə xəbər yayım. Məlumatda deyilir ki, 51 yaşlı Büşra Əsəd Birləşmiş Ərəb Əmirliklərinə sığınıb. Onun Dubayda olduğu bildirilir. Əlavə edək ki, Büşra Əsədin əri Asəf Şövkət Suriya müdafiə nazirinin müavini idi. O, iyul ayında təhlükəsizlik binasında törədilən partlayış zamanı müdafiə naziri ilə birlikdə həlak olub.
Müxaliflərlə hökumət qüvvələri arasında döyüşlər bölgələrdə də davam edib. Türkiyənin Şanlıurfa vilayətinin Akçaqala kəndindən bir neçə yüz metr aralıda yerləşən Suriyanın Telabyad sərhəd-keçid məntəqəsində müxaliflərlə hökumət qüvvələri arasında şiddətli döyüş gedib. Səhər saatlarında üsyançılar gömrük məntəqəsini ələ keçirərək, binanın damında asılmış Suriya bayrağını endiriblər. Sərhəd ərazisində atılan bombalar səbəbindən mahalın sərhədə yaxın hissəsində yerləşən məktəblər tətil elan ediblər.
Vətəndaş müharibəsinin davam etdiyi Suriyada müxliflərlə hökumət qüvvələri arasındə gedən döyüşlər aylardır ölkənin sabit şəhərlərindən biri Rakkaya sıçrayıb. Rakka şəhərində 3 gün davam edən döyüşlərdə müxaliflər Türkiyə ilə sərhəd keçid məntəqəsini ələ keçirmək üçün əsgərlər üzərinə hücuma keçmişdilər. Yaşanan silahlı qarşıdurma zamanı çoxlu sayda insanın öldüyü bildirilir.
Bir zamanlar Suriyadakı kimyəvi silahlar proqramına rəhbərlik edən, sonradan Bəşər Əsəd rejiminə qarşı xalq etirazlarına dəstək verərək müxaliflərin tərəfinə keçən və Türkiyəyə sığınan general Adnan Sillu bütün dünyanın narahatlığına səbəb olacaq açıqlamalar verib. Suriyadan qaçdıqdan sonra ilk dəfə müsahibə verən general ölkədə olduğu və vəzifəsini icra etdiyi vaxt Əsəd rejiminin kimyəvi silahdan istifadə edilməsiylə bağlı bir neçə toplantı keçirdiyini deyib.
General Adnan Sillu kimyəvi silahların necə və harada istifadə ediləcəyi daxil olmaqla bir çox məsələlərin ciddi müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, Suriya hakimiyyəti Hələb şəhəri kimi mühüm əhəmiyyəti bölgəni itirəcəyi təqdirdə kimyəvi silahdan son çarə olaraq istifadə edəcəyini söyləyib. General toplantılar zamanı da məsələnin nəzərdən keçirildiyini və qızğın mübahisələrə yol açdığını bildirib.
Adnan Sillu Suriya rejiminin kimyəvi silahları Livanda fəaliyyət göstərən “Hizbullah” terror təşkilatına göndərmək fikrində olduğunu da açıqlayıb. O, bu silahların Israilə qarşı istifadə ediləcəyini fikirlərinə əlavə edib. Suriyalı general Dəməşq və Dəra şəhərləri yaxınlığında Iran Inqilabını Mühafizə Korpusunun (SEPAH) üzvlərinin qatıldığı toplantıların keçirdiyini xatırladaraq “Iranlı zabitlər bizim yanımıza tez-tez gəlir və öz məsləhətlərini verirdilər. Kimyəvi silahlardan necə və hansı şəraitdə istifadə ediləcəyinin siyasi tərəflərini daha çox düşünürdülər” deyib.
Bu arada Almaniyanın “Der Spiegel” jurnalı Bəşər Əsəd rejiminin kimyəvi silah sınaqdan keçirdiyinə dair məlumat yayıb. Jurnala danışan mənbələr sınağın Hələb şəhərinin şərqindəki Safira bölgəsindəki kimyəvi silahları araşdırma mərkəzində avqustun sonunda reallaşdırdığını bildiriblər. Diraiyham adlandırılan bölgədə 5-6 ədəd kimyəvi silah tank və təyyarələr ilə sınaqdan keçirilib. SEPAH rəsmiləri isə vertolyotla bölgədə sınaq prosesini izləyib.
Buşra Əsəd – sağda sonuncu