Nazir: “Tramp Rusiyaya qarşı yeni sanksiya təklifini alqışlayıb”

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı Maliyyə nazirliyitərəfindən hazırlanan yeni sanksiyalara dair təklifi alqışlayıb.

 

Bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin Senatda keçirilən dinləmələrdə bildirib.

 

“Mən prezidentə sanksiyaların tətbiqi prosesinə dair məlumat verdim, o bunu alqışlayıb. Dövlət başçısı Rusiyaya qarşı sanksiyaların  hazırlanmasını mənə həvalə edib. Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək. Bu qəti qərardır. Hazırda sanksiyaların tətbiqi ilə bağlı iş aparılır”, deyə nazir vurğulayıb.