İslama qarşı filmə Lənkəranda etiraz

Lənkəranda dindarların kütləvi etiraz aksiyası keçirilib. Modern.az-ın məlumatına görə, şəhərin “Qalayçılar” məscidinə yığışan və ABŞ-da istehsal olunmuş “Müsəlmanların məsumiyyəti” filminə etiraz edən dindarlar Amerika əleyhinə şüarlar səsləndirirlər.
Aksiyanın icazəli olduğu bildirilir.
 “Lənkəran ictimaiyyətinin, ağsaqqalarıınn” nümayəndələri adından çıxış edənlər İslam peyğəmbərinin təhqir edilməsini pisləyiblər və bunun üçün məsuliyyəti olanların cəzalandırılmasını tələb ediblər.