Türkiyədə PKK-çı deputata ağır cəza

Türkiyənin Sülh və Demokratiya partiyasının (BDP) deputatı Sebahat Tuncel 8 il 9 ay müddətinə həbs cəzasına məhkum edilib. “Hürriyet”in verdiyi xəbərə görə, deputat PKK üzvü olmaqda təqsirli bilinib.

Tuncel 2007-ci ildə deputat seçilən zaman həbs edilib, daha sonra isə azadlığa buraxılıb. Əgər Ali Appelyasiya Məhkəməsi həbs cəzasını təsdiq etsə, onun deputatlıq mandatı əlindən alınacaq.

Tuncelə həmçinin ölkəni tərk etmək qadağan edilib.