Əyalət televiziyasında qiyam

“Türkel TV”-dən kütləvi istefa

Tovuzda fəaliyyət göstərən “Türkel” (keçmiş Simurq) televiziyasında kütləvi işdənçıxma hadisəsi baş verib. “Teleqraf.com”-un Tovuzdakı mənbələrə istinadən verdiyi məlumata görə, telekanala rəhbər təyin olunan Kənan Musayevin apardığı islahatlar və dəyişikliklər kollektiv tərəfindən müsbət qarşılanmayıb. Qeyd edək ki, əvvəllər Şəki rayonunda yerləşən “Kanal S”in direktor müavini işləyən Kənan Musayev ötən ayın sonunda “Türkel” TV-nin direktoru təyin olunub.

Televiziyanın istefa vermiş əməkdaşlarından aldığımız məlumata görə, bu gün ümumilikdə 25 nəfərə yaxın əməkdaş işdən çıxıb. Mənbənin verdiyi məlumata görə, teleşirkətin binasını müfahizəçilər də tərk edib. Hazırda telekanalın efir yayımı dayandırılıb.