“2013 İrana hücum ili olacaq”

Müharibə mövzusu İsrail elitasını parçaladı; “Mossad”ın sabiq şefi Netanyahunu “ağılsız” adlandırdı

Nüvə silahı əldə etməyi qarşısına məqsəd qoyan Iranın vurulmasında israr edən Israilin özündə də hərbi müdaxilənin əleyhinə olanların əhatəsi genişlənir. Bu ölkənin xüsusi xidmət orqanı “Mossad”ın sabiq rəhbəri Meyr Daqan gözlənilmədən Iranın vurulmasının əleyhinə çıxıb. “CBS” kanalına açıqlama verən Meyr Daqan Iranın nüvə obyektlərinə hücum məsələsinə toxunub və Israilin baş naziri Benyamin Netanyahunu “ağlsızlıqda” günahlandırıb.
“Mossad”ın keçmiş şefinin sözlərinə görə, Israilin Irana hücumu Yaxın Şərqdə irimiqyaslı müharibənin başlanmasına gətirib çıxaracaq. Daqan qeyd edib ki, Irana hərbi müdaxilə bütün Israil ərazisində fövqəladə vəziyyətin yaranmasına səbəb olacaq. Bu da uzun müddət ərzində ölkə vətəndaşlarının gündəlik yaşam tərzində kardinal dəyişikliklərə gətirib çıxaracaq.
Açıqlamalarında istifadə etdiyi cümlə və sözlərdən çəkinməyən Daqan Israilin baş naziri Benyamin Netanyahunun hərəkətlərinə də qiymət verib. Onun sözlərinə görə, Israilin hökumət başçısı insan ağılsızlığının yeni standartlarını nümayiş etdirir: “Irana hücum mənim eşitdiyim və onun həyatda etdiyi ən böyük ağılsızlıq olacaq”.
Daqanın fikrincə, Tehran rejimi öz addımlarının hansı nəticələr verəcəyinin fərqindədir: “Ayətullahların siyasəti Qərbin siyasətindən xeyli fərqlənir. Bununla belə, bu siyasət onların hərəkətlərinin üzərində qurulub. Son həddə qədər getmək olmaz. Təbii ki, məqsədə çatmaq üçün digər vasitələrdən istifadə edilməyib. Iranın nüvə silahına sahiblənməsi regionda sabitlik yaradacaq”.
ABŞ-ın Israildəki keçmiş səfiri Martin Indeyk isə CBS kanalına açıqlanmasında Iranın 2013-cü ildə vurula biləcəyini deyib. Keçmiş səfir bildirib ki, 2013-cü il Irana hücum ili olacaq. Həmin il ABŞ-ın Irana qarşı müharibəyə başlaması gözlənilir. Iranın hazırda nüvə silahı yoxdur. Yəni, danışıqları davam etdirmək üçün hələ vaxt var. Lakin bu vaxt sürətlə azalır. Martin Indeyk əlavə edib ki, ABŞ Iranın nüvə silahına yiyələnməsinə imkan verməyəcək..