Antiislam filminin yaradılmasında əli olan pastor Consa Almaniyaya giriş qadağan edilib. Almaniya daxili işlər nazirliyi quranın yandırılması aksiyasını təşkil edən Floridalı keşiş Terri Consa bu ölkəyə gəlməyi qadağan edib. Qadağa Almaniya və Şengen razılaşması zonasında qalmaqla bağlı qanuna əsasən qoyulub. Bu tədbir Məhəmməd peyqəmbər haqqında filmə görə islam ölkələrində baş qaldıran narazılıqlar dalğasına görədir. Almaniya daxili işlər naziri Xans-Peter Fridrix ölkəsindəki sağ radikalları qalmaqallı videonu internetdə yaymamaq və müsəlmanlara qarlı digər təxribatçı addımlar atmamaqla bağlı xəbərdar edib. Bu arada Pro Deutschland «Müsəlmanların məsumluğu» filmini öz saytında yerləşdirib və Berlindəki keçirəcəyi aksiyalar zamanı onu nümayiş etdirəcəyini bildirib.
Quranı yandırana Almaniyaya getmək qadağan edildi
•
•