Bakı-Mərdəkan yolunda ağır qəza: 2 ölü, 2 yaralı

Bakıda ölümlə nəticəlnən ağır yol qəzası olub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakı-Mərdəkan yolunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Nadir Ağalarov idarə etdiyi “Mercedes” markalı qoşqulu yük avtomobililə Astara rayon sakini Şahin Teymurovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub.

Nəticədə Ş.Teymurov hadisə yerində, sərnişini Aqil Talıbov isə 3 saylı xəstəxanada ölüb. Digər sərnişinlər – Ş.Teymurovun əkiz qardaşı və Cəfərqulu Mirzəyev xəstəxanaya yerləşdiriliblər.