QOÇ
Günün əsas hissəsini ev işlərinə həsr edəcəksiniz. Siz evdə səliqə-sahmanı sevirsiniz və buna nail olacaqsınız. Həyatınızda baş verəcək dəyişiklikləri əvvəlcədən hiss edəcəksiniz. Tez qərar verməyi sevirsiniz, amma bu heç də həmişə düzgün olmur.
BUĞA
Vaxtınızı boş yerə itirməyəcəksiniz. Günün əsas hissəsini çətin vəziyyətə düşmüş yaxınlarınızın qayğısına qalmağa sərf edəcəksiniz. Bu gün təməli qoyulan münasibətlərin ömrü uzun olacaq. Köhnə tanışlarınızdan biri gözlənilməz xəbər verəcək. Ehtimal ki, qəfil qonağınız olacaq.
ƏKIZLƏR
Bu gün düşünülməmiş addımlar atmağa meylli olacaqsınız. Xoşbəxtlikdən bugünkü hərəkətlərinizə görə cəzalandırılmayacaqsınız. Çətin ki, bu gün təməli qoyulan münasibətlər uzun olsun. Çox informasiya ala biləcəyiniz adamla görüşəcəksiniz. Amma sizin tez etibar etməyiniz maliyyə itkisilə nəticələnə bilər.
XƏRÇƏNG
Siz ətrafdakıların istədiyinin əksini edəcəksiniz. Xoşbəxtlikdən bu, münaqişələrə gətirib çıxarmayacaq. Xırda anlaşılmazlığa gəlincə, onu yoluna qoymaq asan olacaq. Ehtimal ki, bu gün romantik münasibətin təməli qoyulacaq. Sözügedən əlaqə sürətlə inkişaf edəcək.
ŞIR
Gün xeyli sayda gözlənilməz hadisələr gətirəcək. Ulduzlar bu günün hadisələrinin xoş olacağından xəbər verir. Ən başlıcası, bu gün çoxdankı arzunuza çatmaq şansınız olacaq. Demək olar ki, istənilən işdə sizi uğur gözləyir. Maraqlı tanışlıq da istisna edilmir.
QIZ
Gün həyəcanlanmağa əsas verməyəcək. Çoxdan qalmış yarımçıq işlərinizi həyata keçirəcəksiniz. Çoxdan görmədiyiniz tanışla da qarşılaşacaqsınız. Siz bu görüşdən məmnun qalacaqsınız. Bu günə yeni tanışlıq da gözlənilir.
TƏRƏZI
Yadda saxlayın, bu gün kişilərdənsə qadınlarla daha tez münasibət qura biləcəksiniz. Şəxsi münasibətlərdən işgüzar məqsədlər üçün istifadə edəcəksiniz. Gəlirinizin artacağı və faydalı sövdələşməyə imza atacağınız gözlənilir. Bu gün ailə qurmaq, ev tikmək üçün əlverişli zamandır.
ƏQRƏB
Istənilən çətin işlərin reallaşdırılması üçün əlverişli gündür. Bu günə məsuliyyət tələb edən işləri planlaşdırmağınız məsləhətdir. Bu gün ətrafdakıları yola gətirməkdə çətinlik çəkməyəcəksiniz. Konstruktiv yanaşma tərzi təkcə işdə deyil, həm də şəxsi müstəvidə dadınıza çatacaq.
OXATAN
Bu gün cazibəniz və ətrafdakılarla dil tapa bilməyiniz sayəsində ciddi uğurlar qazanacaqsınız. Digər tərəfdən, istənilən adamı haqlı olduğunuza inandırmağı bacaracaqsınız. Günün ikinci yarısı təhsil və ya digər işlərin görülməsi üçün münasib zamandır. Bu gün darıxmayacaqsınız.
Oğlaq
Yeni tanışlıq üçün ən əlverişli gündür. “Oğlaq”ları hissiyyatı aldatmayacaq. Uğur qazanmaq üçün atdığınız addımlar ətrafdakılarda təəccüb doğurmayacaq, əksinə, onlar sizinlə fəxr edəcəklər. Yaxın gələcəkdə həyatınızda müəyyən dəyişikliklərin olacağı gözlənilir. Bu dəyişikliklərdən isə siz məmnun qalacaqsınız.
DOLÇA
Ünsiyyət baxımından çətin gündür. Siz mənasız yerə mükafat gözləyirsiniz. Işdə fikrinizi toplaya bilməyəcəksiniz. Bir işdən digərinə keçməklə hamısını yarımçıq qoyacaqsınız. Maliyyə çətinliyi olacağı da bildirilir.
BALIQLAR
Istənilən çətin tapşırığın həlli baxımından əlverişli gündür. Başqalarının təzyiqinə tuş gəlməyəcəksiniz, hamını öz tərəfinizə çəkmək sizin üçün asan olacaq. Müttəfiqlərlə iş birliyinizi bu gün reallaşdıra bilərsiniz.

Günün ulduz falı (16.09.12)
•