Ankarada İŞİD-in “informasiya naziri” saxlanılıb

Türkiyənin təhlükəsizlik qüvvələri Ankarada İŞİD terror qruplaşmasının “informasiya naziri”ni yaxalayıblar.

Bu barədə bazar günü “Haber Turk” telekanalı məlumat yayıb.

Əməliyyat Ankara Təhlükəsizlik İdarəsinin anti-terror bölməsi tərəfindən aparılıb. Məlumata görə, saxlanılan terrorçu Ömər Yetek qruplaşmada KİV sahəsinə cavabdeh şəxs olub.