rovnaq

Rövnəq Abdullayevə “Golf Stream” verdilər

rovnaqMəşhur iş adamı ARDNŞ şefini bahalı hədiyyə ilə sevindirib

ARDNŞ perzidenti Rövnəq Abdullayevə təyyarə hədiyyə edilib. Bu barədə qəzetimizə məlumat verən mənbə bildirib ki, Rövnəq Abdullayevə bu hədiyyəni iş adamı Mübariz Mənsimov edib. Iş adamının hədiyyə etdiyi təyyarə “Golf Stream” markalıdır. Bu təyyarənin qiyməti 60 milyon dollardan başlanır.
Məlumatlara görə, ARDNŞ prezidenti bundan əvvəl də “Golf Stream”dən istifadə edirmiş. Rövnəq Abdullayev bütün səfərlərə məhz bu təyyarədə gedirmiş. Bəzi məlumatlarda həmin təyyarənin Rövnəq Abdullayevə məxsus olduğu bildirilir. Başqa məlumatlara görə isə bu təyyarə hakim ailəyə məxsus “Silk Way” şirkətinə məxsus olub. Rövnəq Abdullayev isə sadəcə bu təyyarəni kirayələyirmiş.

Informasiya şöbəsi