Nazir: “Orada yüksək səviyyəli bərpa və yenidənqurma işləri aparacağıq”
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu ilin sonunadək bağlanacaq. ANS PRESS-in məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında teatrın bağlanmasının təmir işləri ilə bağlı olduğunu deyib.
Nazir, “Artıq layihə və tender sənədləri hazırdır. Biz orada yüksək səviyyəli bərpa və yenidənqurma işləri aparacağıq”, – deyə bildirib.