ABŞ prezidenti Türkiyə baş nazirinə xüsusi mesaj yollayıb
ABŞ prezidenti Barak Obama son günlər Yaxın Şərqdə amerikalı diplomatların hücuma məruz qalması ilə əlaqədar Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğandan kömək istəyib. Bu barədə məlumatı Ağ evin mətbuat katibi Cey Karni açıqlayıb. Sözçü gündəlik mətbuat brifinqində ABŞ prezidentinin başda Misir və Liviya prezidentləri olmaqla regiondakı ölkə rəhbərləri ilə intensiv telefon əlaqəsi yaratdığını, baş vermiş zorakılıq hadisələrinə münasibət bildirmək üçün Ərdoğana xüsusi mesaj göndərdiyini deyib.
“Bölgədə baş vermiş zorakılıq hadisələrinə reaksiya bildirilməsi üçün Barak Obama Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana xüsusi ismarış göndərib. Gördüyünüz kimi Ərdoğan bu reaksiyanı bildirdi. Prezident Obama belə açıqlamaları və bölgə liderlərinin bu istiqamətdə atdığı addımları razılıqla qarşılayır” – deyə Cey Karni bildirib.