AXCP sədrinin əmisi oğlunu həbs etmək istəyirlər

Naməlum şəxslər İnqilab Kərimovu hədələyir

AXCP Səbail rayon şöbəsinin aktivisti Inqilab Kərimovu nəməlum şəxslər güdür və hədələyir. “Azadlıq” qəzetinə I.Kərimovun verdiyi məlumata görə, bu hadisə təxminən 10 gündür intensivləşib: “Avtomobilimə müxtəlif formalarda söyüş dolu yazılar atılır. Bu yazıların bir dairədən təşkil olunmasına əminəm. Çünki bütün mesajlar ”Azadlıq” qəzetinin üzərinə yazılır.
Sonuncu mesaj belə idi: “Sənə ”Azadlıq” lazımdırsa, çıx get. Bizə inqilab lazım deyil”.
Inqilab Kərimov təhdidini siyasi fəaliyyəti ilə əlaqələndiri. O bildirir ki, bu təzyiq və təhdidlər siyasi fəallığı və AXCP sədri Əli Kərimli ilə qohum olması ilə bağlıdır. Onun məlumatına görə, bir qədər əvvəl nəməlum, amma hökumətə bağlı olduğu şübhə etmədiyi şəxslər ailə üzvlərinə qarşı fiziki zorakılıq ediblər: “Həyat yoldaşım səki ilə getdiyi vaxt bir nəfər xarici markalı avtomobili onun üstünə sürüb. Yoldaşım ”bura səkidir, görmürsən” deyib etiraz edəndə o, “kor ərindir, biz lazım olanda burda da adam tapdayırıq” deyib. Bu hadisədən bir həftə sonra həmin avtomobil oğlumu vuraraq qaçdı, oğlumun ayağı qırıldı. Avtomobilin nömrə nişanı yerində hər iki hadisə zamanı “Xoşbəxt olun” yazılıb”.
I.Kərimov bildirir ki, ailə üzvlərinin qorunmasına heç bir qarantiyası olmadığından onları ölkədən çıxarmaq məcburiyyətində qalıb. Bu hadisədən sonra isə artıq onun özü birbaşa olaraq hədələnir. AXCP fəalının sözlərinə görə, baş verənlər onun susdurulmasına yönələn addımlardır.

Hikmət