Qəbələdə mülkiyyət özbaşınalığı

İctimai Palatanın rayon şöbəsi bəyanat verib

Ictimai Palatanın Qəbələ rayon şöbəsi bəyanatla çıxış edib. Bəyanat müəllifləri bildiriblər ki, ölkənin hər yerində olduğu kimi, Qəbələ rayonunda da hakim zümrə aramsız olaraq vətəndaşların şəxsi mülkiyyətini və qanuni fəaliyyət sahələrini ədalətsiz şərtlərlə, çox zaman qeydsiz-şərtsiz ələ keçirərək xalqın güzaranını daha da ağırlaşdırır:
“Bu il iyulun 14-dən 15-nə keçən gecə polislər Qəbələnin 28 may küçəsində yerləşən yaşayış binalarına basqın ediblər. Sakinləri təhqir edən polislər onları zor tətbiq etməklə polis şöbəsinə aparıblar. Polis şöbəsində sakinlər daha ağır təhqirlərə məruz qalaraq döyülüblər, üstəlik həmin gecə onların evlərini də dağıdıblar”.
Ictimai Palatanın Qəbələ rayon şöbəsi Qəbələdə artıq adi hala çevrilən bu kimi rüsvayçılıqlara qarşı öz etirazını bildirir, bu hadisələrə rəvac verənlərdən vətəndaşların  pozulmuş hüquqlarının dərhal bərpa etməyi tələb edir.