QOÇ
Ailə tədbirlərinin təşkili baxımından əlverişli gündür. Bunun üçün göstərdiyiniz səylər hədər getməyəcək. Gün sizə istəyinizə çatmaq şansı verəcək. Bunun üçün hətta sizə yad olan üsullara da əl atacağınız gözlənilir.
BUĞA
Bu gününüzü səmərəli keçirəcəksiniz. Gün daha çox problemlərin müzakirəsi baxımından münasibdir. Bu istiqamətdə əvvəllər reallaşdıra bilmədiyinizi həyata keçirəcəksiniz. Başqa sözlə, kompromisə gedəcəksiniz.
Əyləncəli məkanlara getmək istəyiniz şəxsi müstəvidə problemlərə yol aça bilər.
ƏKIZLƏR
Bu günü məhsuldar saymaq olmaz. Problemlərinizi başqalarının həll edəcəyinə ümid etməyin. Romantik münasibətlər baxımından da səmərəli gün deyil. Hələ möhkəmləndirə bilmədiyiniz əlaqənin dağılmaq ehtimalı var.
XƏRÇƏNG
Gün maraqlı olduğu qədər də uğurlu olacaq. Güclü hissiyyatınız işlərinizin yaxşı olacağını deyir. Ulduzlar da bunu təsdiqləyir. Gün gözlənilməz və ilk başlanğıcda xoş olmayan görüşlə bağlı olacaq. Qarşı tərəfin zəiflik göstərdiyi andan istifadə etməyin.
ŞIR
Sakit gündür. Yaxınlarla problemsiz ünsiyyətdə ola bilərsiniz. Dediklərinizin düzgün anlaşılmamasından ehtiyat etməyin, ürəyinizdən keçənləri söyləyin. Yenicə tanıdığınız şəxsdən maraqlı təklif gələcək. Evdə oturmayın, yaranmış şəraitdən səmərəli istifadə edin, ünsiyyət dairənizi genişləndirin.
QIZ
Özünüzə qapılmayın. Çünki təklikdə qalanda problemlər sizi sıxır. Gün teatr və konsertə getmək üçün münasib hesab olunur. Yaradıcılıq potensialınız genişdir. Hətta incəsənətdən uzaq olan “Qız”lar bu gün musiqi və ədəbiyyata meylli olacaq.
TƏRƏZI
Siz düzgün yol seçəcəksiniz. Gün maraqlı şəxslə tanışlıq vəd edir. Onun sizin həyatınızda müstəsna rola sahib olacağı bildirilir. Siz hisslərinizi etiraf etmək istəməsəniz də, zaman gələcək ki, onu gizlədə bilməyəcəksiniz.
ƏQRƏB
Kifayət qədər uğurlu gündür. Yaxşı əhval-ruhiyyəniz olacaq. Həyatınızda baş verənlərə sakit tərzdə reaksiya verəcəksiniz. Özünüzü hər şeyin yaxşı olacağına inandırmağa çalışacaqsınız. Əgər boş vaxtınızı mütaliə ilə keçirmək istəyirsinizsə, onda müasir müəlliflərin yaradıcılığına müraciət edin.
OXATAN
Gərgin, çətin, kifayət qədər xoşagəlməz hallar yaşadan gün olacaq. Yaxınlarla münasibətiniz pisləşəcək. Gün qətiyyən mübahisələr üçün yaramır. Öz inadkarlığınızı daha yaxşı zaman üçün təxirə salın. Təəssüf ki, rəsmi görüşlərdə yanlışlığa yol vermək təhlükəsi var.
OĞLAQ
Yaxınlarla münasibət qurmaq həmişəkindən çətin olacaq. Xırda mübahisələr gözlənilir. Daha ciddi məsələlərin müzakirəsi baxımından əlverişli gün deyil. Amma çoxdan bəri qətiləşdirməyiniz addımı ata bilərsiniz.
DOLÇA
Istənilən başlanğıclar üçün münasib gündür. Bura imic, kulinariya, dizayn ətrafında eksperimentlər şamil edilir. Valideyn “Dolça”lar övladlarıyla yaxşı dil tapacaqlar.
BALIQLAR
Ulduzlar bu gününüzü tənhalıqda keçirməməyi məsləhət görür. Özünüzə yaxşı müttəfiq tapa bilərsiniz. Həyatınızda kədərləndirici ciddi bir dəyişiklik baş verməməsinə baxmayaraq, özünüzə problemlər yaradacaqsınız. Artıq problem çıxarmaqdansa, boş vaxtınızda gəzintiyə çıxın, idmanla məşğul olun.

Günün ulduz falı (15.09.12)
•