Nuh peyğəmbər türbəsi nələrdən xəbər verir?..

Nuhun məzarı Naxçıvandadırmı?

Naxçıvanda ən qədim insanların yaşaması ilə bağlı sonsuz sayda dəlillər var. Belə önəmli faktlardan biri də uzun illərdən bəri bütün tədqiqatçı alimlərin diqqətini çəkən Nuh peyğəmbərin adı ilə bağlı toponim və abidələrdir. Araşdırmaçılar bu məsələni irəli sürərkən bir çox unikal abidələri nümunə gətirirlər. Həmin abidələrə Ordubad rayonu ərazisindəki, eramızdan əvvəl 4-cü- 1-ci minilliyə aid Gəmiqaya təsvirlərini, Nəbi yurdunu, Naxçıvan, Nehrəm, Nəhəcir, Nuhdaban, Nuhgədik, Peyğəmbərayağı kimi yer adlarını misal çəkmək olar. Bundan başqa, alimlər Naxçıvan şəhərinin 5 min yaşının olmasını sübut etmək üçün təkcə Naxçıvan şəhərinin tarixini deyil, ətraf ərazilərdə yerləşən tarixi abidələrin də nəzərə alınmasını diqqət mərkəzinə çəkirlər.
Bu ərazidə yaşayışın eramızdan çox-çox əvvəllər meydana çıxdığını göstərən və bu günümüzədək gəlib çatan iki nəhəng abidəni – Nuh Peyğəmbərin məzarı və “Əshabi-Kəhf” mağarasını söylənilənlərə sübut göstərmək olar.
Dünyada saxtakar erməni alimlərinin abidələrimizə sahib çıxdığı bir məqamda bütün bu faktlar aktuallıq kəsb edərək daha çox gündəmə gəlir. Bu səbəbdən son zamanlar bu araşdırmaların üzərində gedən tədqiqatlar daha da genişlənmiş, “Naxçıvan abidələri ensiklopediyası” hazırlanaraq nəşr edilmişdir. Aparılan araşdırmalar nəticəsində Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin yeri də dəqiqləşdirilmiş, abidənin qalıqları aşkar edilmiş və həmin abidə yenidən bərpa olunmuşdur.
Nuhÿpeyğəmbərin dəfn edildiyi bu türbə Naxçıvan ərazisindəki Köhnəqaladaÿarxeolojiÿqazıntılar zamanı aşkar edilib. Aparılan arxeoloji qazıntılar zamanı türbənin özülü, naxış elementləri tapılaraq bərpa işlərinə başlanılıb. Türbə 3 hissədən – sərdabədən, yerüstü məqbərədən və konusvari örtükdən ibarətdir. Bərpa zamanı kərpic, kaşı və müxtəlif naxış elementlərindən istifadə edilib.
Bu qədim türbənin hündürlüyü 15 metr 50 santimetr, eni isə 7 metr 50 santimetrdir. Türbə 8 guşəlidir. Onun özülü tapılarkən 8 guşəli və girişinin qərb istiqamətdən olduğu müəyyənləşdirilib. Buna görə də bərpa zamanı türbənin əvvəlki görkəminin yaradılmasına ciddi diqqət yetirilib.
Vaxtilə tanınmış Azərbaycan rəssamıÿBəhruz Kəngərliÿyağlı boya ilə “Nuhun qəbri” rəsmini çəkib. Əsər hazırda Azərbaycan Dövlət Incəsənət Muzeyində saxlanılmaqdadır. Orta əsrlərdə xalq arasında Nuh peyğəmbərin məzarı kimi ziyarət edilən yerdə sonralar türbə inşa edilib. Naxçıvanda Nuhdaban adlı qədim kəndin xarabalıqları,ÿNəhəcirÿ(alimlərə görə, Nuhəcir) dağı və kəndi indi də qalmaqdadır. Qəribədir ki, erməni tarixçisi M.Çamçıyan belə, Nuhun gəmisinin və qəbrinin Naxçıvanda olduğunu qeyd etmişdir.
Məşhur gəmi Gəmiqayada?..
Inanca görə, 7500 il bundan əvvəl baş vermiş daşqın zamanı Nuh və ona iman gətirənlərin mindiyi gəmi ilk dəfə Naxçıvanda quruya çıxmış və insanlar burada məskən salmışlar. Beləliklə, yeni nəsil buradan törəyərək artmışdır. Xalq arasında yayılmış və bu gün də mövcud olan inama görə, Naxçıvan şəhərinin cənubunda Nuhun, şimal qərbində isə bacısının qəbri var.
Naxçıvan adının və şəhərinin Nuhla bağlı olması haqqındaÿ yəhudi alimi Iosif Flavi (e.ə. I əsr), yunan alimi Klavdi Ptolomey (eranın II əsri), ərəb alimi Əl-Əşrəfi (XVI əsr), fransız səyyahları Can Batist Tavernye (XVII əsr) və Dyübüa De-Manpere, rus tədqiqatçıları V.Qriqoryev, I.Şopen, K.A.Nikitin (XIX əsr), V.M.Sısoyev, I.M.Dyakonov, K.N.Smirnov (XX əsr) və başqaları məlumatlar vermişlər.
XIX əsrin ikinci yarısında Naxçıvan məktəbində işləmiş maarifçi K.A.Nikitin “Naxçıvan şəhəri və Naxçıvan mahalı” adlı əsərində Nuhun və bacısının məzarının Naxçıvanda, Nuhun arvadı Nuhqarın məzarının isə Mərənddə olduğunu yazır: “O, öz ailəsi ilə burada qərar tutdu. Və gələcək şəhərin əsasını qoydu. Şəhərin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana gəlmişdir”.
1934-cü ildə Naxçıvanda olmuşÿK.N.Smirnov yazır: “Naxçıvan arxiv sənədlərindəki məlumatlarda bu qəbrin yaşının 4900 il olması faktı o qədər də inandırıcı görünmür…”
Bu motivlər Naxçıvan şəhərinin müasir atributlarında da əksini tapıb. Naxçıvanın gerbində üstdə ÿNuhun gəmisi, aşağıda isə ÿƏlincə qalasının əsas giriş qapısı,ÿAzərbaycan bayrağının simvolları aypara və səkkiz guşəli ulduz, qılınc təsvir edilmişdir.
Qədim əfsanədə təsvir edilən hadisələrin baş verdiyi məkan da əsas etibarilə Naxçıvana uyğun gəlir. “Nuh tufanı” əfsanəsində göstərilir ki,ÿNuh peyğəmbər yer üzünü su basacağı barədəÿTanrıdanÿxəbər alaraq bir gəmi düzəltmiş, öz ailəsini və hər canlıdan bir cüt götürüb gəmiyə doldurmuşdur. Həmin əfsanədə adıçəkilən məkanlar gəminin keçdiyi yerlər – Naxçıvanın şərqindəkiÿIlandağ (əfsanəyə görə, Inandağ), Ordubaddakı Ələngəz dağı vəÿArazÿçayı sahilindəki Kəmki dağlarıdır. Gəmi bu yerlərdən keçərəkÿGəmiqayadaÿquruya oturmuşdur. Nuh peyğəmbər gəminin toxunduğu dağlara ad vermişdir. Əfsanəyə görə, Nuhun gəmisiÿGilançayın yuxarı axarındakı,ÿGəmiqayaÿadlı yerdə lövbər salmışdır. Rəvayətə görə, gəminin qalıqları indi də buradakı “Ayı çuxuru” adlı yerdə qalmaqdadır.
Qədim şumervəəhudiəfsanələrilə eyni faktlar
Bəhs edilən əfsanə Nuh tufanı haqqında qədim şumer və yəhudi əfsanələrilə bu və ya digər dərəcədə səsləşir. Tədqiqatçı R.Sultanovun fikrincə, Ağrı dağındaÿvulkan püskürməsi ilə əlaqədarÿDəcləÿvəÿFərat çaylarının daşması nəticəsində tufanÿbaş vermişdir. Belə məlum olur ki, Ağrı dağına yaxın olan Araz çayında, daha doğrusu, Naxçıvanın özündə də güclü daşqın olmuşdur. Ə.Hüseyni isə Gəmiqayada Nuh peyğəmbərlə bağlı qədim yazı olduğunu qeyd etmişdir. Ümumilikdə Nuh əfsanəsi e.ə. II minilliyin ortalarında şumerlər tərəfindən ilk dəfə yazıya alınmışdır. Bir sıra tarixçi və coğrafiyaşünasların fikrincə, bu, Naxçıvan şəhərinin salındı ğı tarixlə (e.ə.1539) eyni dövrə təsadüf edir.
Naxçıvanın ən qədim, müqəddəs yerlərindən biri də “Əshabi-Kəhf” ziyarətgahıdır. Alimlərin araşdırmalarına görə, Naxçıvan şəhərindən şərq tərəfdə, keçmiş Haçaparaq kəndi yaxınlığında yerləşən bu ziyarətgah qədim insanların yaşayış yeri olub. Daha sonralar qədim türklərin tək Tanrıya inamlarının ifadəçisi kimi müqəddəs ocağa çevrilən, Qurani-Kərimin Əl-Kəhf (“Mağara”) surəsinin 9-26-cı ayələrində adı keçən bu ziyarətgahın tarixi eramızdan çox əvvəllərə gedir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir