İslam Hüseynov: “Mənə qarşı edilən sui-qəsdin başında Qasımov Ilqar Məhəmməd oğlu dayanır”
“İstintaq Komitəsinin Ulyanovsk regional bölməsinin rəhbərliyinə və müstəntiqlərinə inamım qalmayıb”
Sui-qəsdə məruz qalmış Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional şöbəsinin rəhbəri Islam Hüseynov Rusiya Federasiya Dövlət Istintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə müraciət edib. Bu barədə APA-ya Islam Hüseynov özü məlumat verib.
O, Istintaq Komitəsinin Ulyanovsk regional bölməsinin rəhbərliyinə və müstəntiqlərə inanmadığını söyləyib:”Istintaq Komitəsinin sədri Yevdokimov, müstəntiq Vinoqradov, müstəntiq Polzunov, regional prokurorluğun xüsusi mühüm işlərin təhqiqatı şöbəsinin rəhbəri Kireyev hamısı satılmış insanlardırlar. Ona görə də, mənə qarşı edilən sui-qəsdin cinayət işinin bir başa Moskva tərəfindən aparılmasını istəyirəm. Bu barədə Rusiya Federasiyası Dövlət Istintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə ünvanladığım müraciətdə də yazmışam. Ulyanovsk Istintaq Komitəsinin əməkdaşları quldurlarla əlbirdirlər. Cinayət işinin istintaqın aparanlar 3 il bundan qabaq mənə edilən sui-qəsdlə bağlı cinayət işini aparanlardır. Həmin vaxt bayaq adını sadaladığım müstəntiqlər mənə sui-qəsd edən 3 azərbaycanlının adını cinayət işi materiallarından çıxartdılar. O zaman mənə qarşı sui-qəsddə 8 nəfər təqsirləndirilirdi. Onlardan 3-ü azərbaycanlı idi. Bunlar Rusiya vətəndaşları olan Qasımov Ilqar Məhəmməd oğlu, Mərdanov Sahib Idris oğlu və Hüseynov Afiq Həmid oğludur. O zaman Istintaq Komitəsinin adı çəkilən əməkdaşları bunlardan külli miqdarda pul alıb azadlığa buraxdılar. Indi yenə də işin istintaqını həmin müstəntiqlər aparırlar. Mənim onlara inamım yoxdur. Ona görə də, bu cinayət işini Moskvanın, yəni bir başa Rusiya Federasiyası Dövlət Istintaq Komitəsinin araşdırmasını istəyirəm”.
I.Hüseynov Ulyanovsk hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən Nahid Böyükağa oğlu Zahidovu şəxsən tanımadığını bildirib:”Onun barəsində eşitmişəm ki, burada belə bir adam yaşayır. Amma nə bir dəfə görmüşəm, nə də şəxsi tanışlığım var. O ki, qaldı mənə silahla atəş açanın
o olub olmadığına, bunu deyə bilərəm ki, mənə atəş açanın üzünü görmədim. Onun əlində silah vardı. Mən çalışdım ki, onun əlindən silahı alım. O, atəş açıb qaçanda, pasportu və mobil telefonu yerə düşdü”.
Islam Hüseynov ona qarşı edilən sui-qəsdin arxasında Qasımov Ilqar Məhəmməd oğlunun dayandığını söyləyib:”Ilqarı və onun yanındakıları Ulyanovsk Istintaq Komitəsinin sədri və oradakı müstəntiqlər o vaxt külli miqdarda pul əvəzində azadlığa buraxıblar. Mən onların bu qanunsuz əməlinin arxasınca getdiyimə görə, Istintaq Komitəsi Ilqardan işi axıra qədər görməyi tələb edib. Əks təqdirdə mənim onlar üçün başağrısı olacağımı bildirib”. Xatırladaq ki, Islam Hüseynova qarşı sui-qəsd dünən Ulyanovskda baş verib.
Sui-qəsd nəticəsində soydaşımız yaralanıb, onun Iqor adlı mühafizəçisi isə dünyasını dəyişib.