Rusiyalı ekspert yeni müharibənin ABŞ-dakı prezident seçkilərindən sonra başlanacağını iddia edir
Cenevrədə təhlükəsizlik üzrə beynəlxalq konfrans başa çatıb. Konfransda əsas müzakirə mövzuları qlobal təhlükəsizlik və İranın nüvə proqramı ətrafında yaranmlş gərginliyin Fars körfəzində yeni mühqribəyə yol aça bilmə ehtimalları olub. Cenevrə təhlükəsizlik institutunun direktoru Fred Tanner jurnalistlərə açıqlamasında beynəlxalq konfransın pessimist notlarla sona çatdığını deyib. Onun sözlərinə görə, konfransda İran ətrafında yaranmış nüvə gərginliyi, Koreya yarımadasındakı vəziyyət və komsik silahlanmanın dünyanın təhlükəsizliyi baxımından narahatlıq yarada biləcək məsələlər olduğu vurğulanıb.
Tədbirdə İsrail-İran konfliktinə daha çox diqqət ayrılıb. Politoloq Vyaçeslav Kantor deyib ki, Fars körfəzində yeni müharibənin başlanma ehtimalı yüksəkdir və bu yalnız region üçün yox bütün dünyaya ciddi zərər vura bilər. O, müharibənin nəticələrinin hesablamalardan da ağır ola biləcəyini söyləyib. Forumun iştirakçılarından biri Rusiya Elmlər Akademiyası Beynəlxalq Əlaqələr və Dünya İnstitutunun direktoru Aleksey Arbatov Fars körfəzində yeni müharibənin yaxın zamanlarda başlanacağ ehtimalını irəli sürüb.
Rusiyalı ekspertin sözlərinə görə, İsrailin İrana qarşı hərbi hücumları ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkilərindən sonra baş tuta bilər. Müharibənin bu ilin sonu, ya da gələn ilin əvvələrində reallaşma ehtimalı yüksəkdir:“İsrailin səbri tükənmək üzrədir. İran isə çox irəli gedib. Müharibənin başlanacağ uzada deyil”.