ABŞ-ın Yəməndəki səfirliyinə də hücum oldu

ABŞ-da çəkilən və Məhəmməd peyğəmbərin təhqir olunduğu iddia edilən “Innocence of Muslims” filmiylə bağlı etirazlar Misir və Liviyadan sonra Yəmənə sıçrayıb.
Paytaxt Sənada toplanan bir qrup nümayişçi ABŞ səfirliyinə hücum edib. Nümayişçilərin səfirliyin bağçasına girsə də, binaya daxil olmadığı bildirlir.

Etirazçılar səfirliyə hücum etməzdən əvvəl diplomatik korpusun binasına vurulmuş ABŞ gerbini dağıdıb. Səfirliyin həyətinə girən nümayişçilər orada dirəkdə asılmış ABŞ bayrağını endirərək yandırıblar. Polisin səfirlik binasını qarşısında toplanan nümayişçiləri dağıtmaq üçün odlu silahda atəş açıb.