Dünyada 192,7 milyon işsiz var

Beynəlxalq Əmək Təşkilatı dünyada 192,7 milyon işsizin olduğunu açıqlayıb. Rusiyada gənclər arasında işsizlik artır.

Təşkilatın hesabatına əsasən, işsizlərin sayı rekort həddə çatıb. Bu, dünyanın iş qabiliyyətli əhalisinin 5,6%-dir.

2016-cı illə müqayisədə işsizlərin sayı 2,6 mln. nəfər artıb.

Beynəlxalq Əmək Təşkilatının analitikləri hesab edir ki, 2018-ci il ərzində işsizlərin sayı minimal səviyyədə, 0,1% azalacaq. Lakin 2019-cu ildə dünyada işsizlərin sayı 193,6 mln. nəfərə qədər artacaq. Bununla belə gənclər arasında işsizlik azalacaq. Hazırda bu göstərici 13%-dir. Ekspertlər bunu ciddi, qlobal problem hesab edir.

Hazırda Şımali Afrika ölkələri üçün işsizlik problemi aktualdır. Orda gəclərin üçdə biri işsizdir. Gender qeyri-bərabərliyi problemi bir qədər də dərinləşdirir.

Təşkilatın eksperlərinin fikrincə, əsasən inkişa etməkdə olan ölkələrdə “işləyən kasıbların” sayı azalır.

2017-ci ildə 300 milyondan çox adam gündə hər ailə üzvünə 1,9 dollar qazanıb.

Proqnozlara görə, 2018 və 2019-cu illərdə onların sayı hər il 10 mln. azalacaq.

Fizzə