Ramil Səfərov məsələsi Macarıstanı da qarşıdırıb

Zabitimizin ekstradisiyası hakim partiyanın prezidiumuna çıxarılıb

Azərbaycanlı zabit Ramil Səfərovun ölkəmizə ektradisiya olunması və İlham Əliyev tərəfindən əfv edilərək azadlığa buraxılması ətrafında qalmaqala davam edir. Hadisə Ermənsitanla yanaşı Səfərovu ektradisiya edən Macarıstanda da geniş rezonans doğurub. Macar mediası hökumətin ekstradisiya qərarına müxtəlif yanaşma səgirləyir. “Origo.hu” informasiya portalı bir neçə mənbəyə istinadən maraqlı məlumat yayıb.

Saytın xəbərinə görə, məsələ hakim Fidesz Partiyasınin prezidiumuna çıxarılaraq müzakirə olunub. İclasda baş nazir Viktor Orban Ramil Səfərovun Azərbaycana ekstradisiyasından sonra yaranacaq risqlər barədə məlumatlandırılsa da, o, zabitimizin ölkəmizə qaytarılması qərarını verib. “Origo.hu” bildirir ki, Viktor Orban partiya funksionerləri ilə müzakirələrdə Səfərovun ekstradisiyasıyla yaranacaq qalmqalın miqyasını ehtimal etdiyini etiraf edib. Sayta danışan mənbələrdən birinin dediyinə görə, yeganə probem bundan ibarət olub ki, Səfərovun ekstradisiyasından bir müddət keçmiş zabitin səhhətilə bağlı sakit şəkildə azad olunacağı güman edilib.

Macar mediasının başqa bir xəbərində isə deyilir ki, hökumətin etirazına dirənən ekstradisiya cəhdləri yalnız Viktor Orbanın bilavasitə göstərişindən sonra gerçəkləşib.
“HVG.hu” saytının məlumatına görə, çərşənbə axşamı keçirilən mətbuat konfransında Viktor Orban Səfərovun təhvililə bağlı “Origo.hu” saytındakı iddialara aydınlıq gətirərək bütün “mühüm qərarların” baş nazir tərəfindən qəbul olunduğunu bildirib. Bazar ertəsi isə parlament iclasındakı çıxışında Viktor Orban qərarın “ədalətli” olduğunu vurğulayıb. Azərbaycan və Macarıstan Səfərovun maliyyə imtiyazları müqabilində dəyişdirilməsi barədə iddiaları rədd ediblər.