Brayzadan ilginc Qarabağ açıqlaması

“Azərbaycan Qarabağı hərb yolu ilə ala bilməz”

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Royters xəbər agentliyinə Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib. Brayza “Reuters” agentliyinə açıqlamasında bildirib ki, Azərbaycan bu gün Dağlıq Qarabağı müharibə yolu ilə geri qaytarmaq iqtidarında deyil:“ Mənə elə gəlir ki, erməniləri tutduqları yüksəkliklərdən vurub çıxara bilməyəcəklər. Fikirləşirəm ki, bu çox çətin məsələdir”.