Populyar müğənni həbs edildi

Vüsal Əliyev dələduzluqda ittiham olunur

Bir vaxtlar populyar olan Azərbaycan müğənnisi həbs edildi. Söhbət müğənni Vüsal Əliyevdən gedir. Onu Xətai Rayon Polis İdarəsinin əməkdaşları saxlayıblar.

İdarədən Milli.Az-a verilən məlumata görə, V.Əliyev Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub. Onu da əlavə edək ki, V. Əliyev bir müddət Moskvada yaşayıb.