Müğənninin vəkili Xalid Bağırov “Lent.az”a deyib ki, iddiada şəxsiyyətdən söhbət getmir, cinayət işi fakt üzrə başlanıb: “İddiada cinayət predmetinin olub-olmayacağı növbəti mərhələdə bilinəcək. Rəqsanə xanım hələ dindirilməyib, ittiham verilməyib, onun haqqında necə cinayət işi açıla bilər?”.
Xalid Bağırov irəli sürülən iddianı gülünc adlandırıb: “Bu, gülünc bir iddiadır. Araşdırmadan sonra həmin yalançı iddia sabun köpüyü kimi yox olub gedəcək”.
***
Müğənni Rəqsanə İsmayılova barədə cinayət işi açılıb. “Qafqainfo”nun verdiyi xəbərə görə, müğənninin həbs olunmaq təhlükəsi var. Suraxanı rayon Polis İdarəsində onun barəsində dələduzluq və xeyli miqdarda dələduzluq etmək maddəsi ilə cinayət işi açılıb. Fakt üzrə 4 nəfər zərərçəkmiş var. Həmin şəxslər müğənninin keçmiş sevgilisi Faiq Azayev, keçmiş prodüseri Təranə Səmədova və digər 2 nəfərdir. Sayt yazır ki, əldə etdikləri məlumata görə müğənninin F. Azayevə 200.000 manat, T. Səmədovaya 27.000 manat məbləğində borcu var. Müğənni pulu onların etibarını qazanaraq alıb və qaytarmayıb. R. İsmayılova digər 2 nəfəri isə işə düzəltmək adı ilə aldadıb. Hazırda istintaq davam edir.