Məmməd İbrahim azadlığa buraxılmadı

Bugün AXCP sədrinin müşaviri  Məmməd Ibrahimin cəzasının 1/2 hissəsinin çəkməsilə əlaqədar şərti azadlığa buraxılması ilə bağlı verdiyi şikayətə baxılıb. Məhkəmə saxlanıldığı 16 saylı cəzaçəkməəssisəsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilib.

Bu məhkəmədə dəənənə“yə sadiqlik nümayiş etdirilib və Məmməd İbrahimin şikayəti təmin edilməyib.

Hakim hesab edib ki, Məmməd İbrahim islah olunmayıb, nizam-intizam qaydalarına əməl etməyib.

Xatırladaq ki, Məmməd  İbrahim 2015- ci  il sentyabrın 30-da xuliqanlıq (221.1) ittihamı ilə həbs edilib. Sonradan bu maddə daha ağır ittihama – 221.2.2-ci maddəyə tövsif edilib və barəsində 3 il həbs qərarı verilib

Azadliq.info