“Ramili ancaq Azərbaycana gəldiyi gün görmüsəm. Ondan sonra görüşümüz olmayib”. Bunu Ramil Səfərovun atasi Sahib Səfərov sentyabrin 6-da “Media forum” saytina açiqlamasında deyib.
“Hələ də gəlib-gedənlər var. Gözaydinligi, təbrik davam edir, amma Ramilin üzünü görmürəm. Evə gəlmir. Yəqin bu onun təhlükəsizliyi ilə bağlıdır. Hazirda Ramilin harada oldugunu bilmirəm.
Heç təzə evinin yerini də, Ramilin orada olub-olmadigını da bilmirəm. Telefon əlaqəmiz də yoxdur. Bizə deyirlər ki, narahat olmayin, hər sey qaydasindadir” – deyə o vurğulayıb.