NATO baş katibi İrəvanda Ramil Səfərovdan danışdı

NATO-nun baş katibi Andres Fogh Rasmussen Azərbaycan zabiti Ramil Səfərovun əfv olunmasından təəssüf bildirib. O Ermənistana səfəri zamanı “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində qeyd edib ki, bu faciədir, buna sevinmək olmaz. Rasmussen deyib ki, cümə günü Bakıya səfəri zamanı bununla bağlı Azərbaycan rəhbərliyinə təəssüfünü çatdıqmaq fikrindədir.