AŞPA sədri Jan Klod Minyon azərbaycanlı zabit Ramil Səfərovun əfv olunması ilə əlaqadar Ermənistan və Azərbaycan arasında münasibətlərin pisləşməsindən narahatdır.
Bu barədə Minyon rəsmi bəyanatında bildirib. Minyon “Səfərovun törətdiyi dəhşətli cinayətin təqdir olunmasını pisləyən beynəlxalq rəylərlə həmrəydir”, – deyə qeyd edib.
ATƏT rəhbəri Ramil Səfərovun azad olunmasını “qəbuledilməz” adlandırıb: “Bu qalmaqallı azadetmə Azərbaycan və Ermənistan arasında onsuz da gərgin olan münasibətlərdə çox mənfi nəticələrə səbəb olacaq”.
Minyon qeyd edib ki, yaranmış situasiya “regionda sabitliyin pozulmasına doğru aparır”.
“Mən Azərbaycan hakimiyyətini öz mövqeyinə yenidən baxmağa, Avropa Şurasının standartlarına uyğun mövqe tutmağa çağırıram”, – deyə ATƏT rəhbəri bildirib.