Şairlərimiz günortadan sonra Azərbaycanda olacaq

Həbsdən azad olunan Şəhriyar Hacızadə və Fərid Hüseyn günün ikinci yarısı Azərbaycanda olacaqlar. Günorta şairlər Təbrizdən evlərinə yola salınacaqlar.

Bu barədə AzadlıqRadiosuna Şəhriyarın atası Mail Hacızadə məlumat verib:

«Bir az əvvəl Şəhriyar mənə zəng edib dedi ki, yol sənədlərinin təsdiqlənməsi üçün hazırda Təbriz polis idarəsindədirlər. Bir azdan sənədləşmə işləri yekunlaşır və onlar Təbrizdən çıxacaqlar. Təxminən saat 17 radələrində biz onları Biləsuvarda qarşılayacağıq».

Mail Hacızadənin dediyinə görə, arxayınçılıq üçün şairlər Azərbaycan sərhədinədək konsulluğun maşınında gətiriləcək və orada valideynlərinə təhvil veriləcəklər:

«Konsulluqdan bildirdilər ki, uşaqlar Bakıya getməzdən əvvəl 2-3 gün öz evlərində qala biləcəklər».